9:30 - 10:00
11:45 - 12:15
13:30- 14:30
15:45- 16:15

Haqqımızda

StartupFest 21-26 noyabr 2019-cu il tarixlərində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən təşkil olunan beynəlxalq tədbirdir.

StartupFest yalnız startaplara həsr olunub və Azərbaycanda ilk dəfə keçiriləcəkdir. Konfransa TEDx, Techstars, Startup Weekend Fintech, DevopsDays, Fun Baku, Product Hunt Meetup kimi beynəlxalq tədbirlər daxildir.

Məqsədimiz

StartupFest gənc texnologiya sahibkarlarını, investorları, şirkətləri, dövlət strukturları, universitetlər, media və müxtəlif ölkələrdən gələn beynəlxalq qonaqları bir araya gətirir. Biz təcrübə mübadiləsi üçün fürsət yaratmaqla Azərbaycan ekosisteminə müsbət təsir göstərməyi hədəfləyirik.